Qvardiola: “O, çox danışmır, amma danışanda hamı onu dinləyir”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın futbolçusu İlkay Gündoğan haqda fikirlərini bölüşüb.

Komanda.az “Daily Express”-ə istinadən xəbər verir ki, o, Gündoğanın Mançester təmsilçisində qalacağına ümid etdiyini bildirib:

“Sonda nələrin olacağını heç kim bilmir. Bəlkə, İlkay bizimlə qalacaq. Buna ümid edirəm. O, nə qədər yaxşı futbolçu, komanda üçün vacib biri olduğunu dəfələrlə sübut edib.

Gündoğan qol vurmaqla kifayətlənmir. O, çox danışmır, amma danışanda hamı onu dinləyir. Bu, liderə və yüksək təzyiq altında mübarizə apara biləcək şəxsə malik keyfiyyətdir”.

Xatırladaq ki, Almaniya millisinin üzvü İngiltərə Premyer Liqasının 36-cı turunun “Everton”la matçında (3:0) dubla imza atıb.

Gündoğan 2016-cı ildən “şəhərlilər”in formasını geyinir. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Öncədən “Barselona”nın 32 yaşlı futbolçu ilə maraqlandığı bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button