“Rizəspor” “sükan”ı keçmiş “Fənərbaxça”lıya tapşırdı
Türkiyənin “Rizəspor” klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin “sükan”ı İsmail Kartala tapşırılıb. Bu barədə Qaradəniz təmsilçisinin prezidenti Hasan Kartal yerli mətbuata açıqlamasında bildirib. O, İsmail Kartalla razılaşdıqlarını deyib.
2014/15 mövsümündə “Fənərbaxça”nı çalışdıran Kartalın son iş yeri “Ankaragücü” klubu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin