Gürcü dayanmaq bilmir

“Napoli” İtaliya A Seriyasının 23-cü turunda “Sassuolo” ilə qarşılaşıb (2:0).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matç Neapol təmsilçisinin gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya üçün əlamətdar olub.

O, “Napoli”nin heyətində ardıcıl 5-ci görüşdə fərqlənməyi bacarıb. Bu matçlarda Kvaratsxeliya 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Öncədən oyunçu 2022-ci il oktyabrın 1-dən 16-dək olan müddətdə eyni seriyanı sərgiləmişdi.

Kvaratsxeliya cari mövsümdə “Napoli”nin heyətində bütün turnirlər daxil olmaqla 24 oyuna çıxıb, 12 qol vurub və 14 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button