“İnter”də qalsam, xoşbəxt olaram” – Spaletti

İtaliya A Seriyasının son turunda öz meydanında “Empoli”yə 2:1 hesabı ilə qalib gələn “İnter”in baş məşqçisi Luçano Spaletti açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis, klubdakı gələcəyi ilə bağlı danışıb:

“Bundan sonra klub rəhbərliyi danışacaq və mən də sizin kimi dinləyəcəm. Düzü, mən də nə qərar veriləcəyini bilmirəm. “İnter”də qalsam, xoşbəxt olaram”.

İtaliya mətbuatı “İnter”in Antonio Konte ilə 3 illik razılıq əldə etdiyini yazmışdı.

Spalettinin çalışdırdığı komanda son mövsümü 4-cü pillədə başa vurub və növbəti mövsüm üçün Çempionlar Liqasına qatılmaq haqqı qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button