“Everton” satışa çıxarıldı
İngiltərənin “Everton” klubu satışa çıxarılıb.
Komanda.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, İran əsilli britaniyalı iş adamı Farhad Moşiri Mersisayd klubunu satmaq niyyətindədir. O, 500 milyon funt sterlinqdən çox olan təklifləri nəzərdən keçirməyə hazırdır.
Artıq bir neçə potensial alıcı klubu almaq üçün marağını göstərib.
Farhad Moşiri 2016-cı ildən “Everton”un sahibidir. Klub ötən gün baş məşqçi Frenk Lempardı istefaya göndərib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin