Super Liqa klubunda ayrılıq
“Fatih Karagümrük” yarımmüdafiəçisi Cimmi Durmazla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
33 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Durmaz 2021-ci ilin avqust ayında “Qalatasaray”dan ayrılaraq “Fatih Karagümrük”lə müqavilə bağlamışdı. O, bu komandanın heyətində cəmi 78 matça çıxıb, 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
İsveçli vinger karyerası ərzində “Forvard”, “Malmö”, “Gənclərbirliyi”, “Olimpiakos” və “Tuluza”da da forma geyinib. O, İsveç milli komandasında 49 oyuna çıxıb, 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin