Gündoğan Mançester derbisi haqda danışdı

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan İngiltərə Premyer Liqasının 20-ci turunun “Mançester Yunayted” ilə matçından öncə gözləntilərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın əla futbol oynadığını dilə gətirib:

“Hazırda “Mançester Yunayted” son zamanlarda ən yaxşı dövrünü yaşayır. Əla futbol oynayırlar. Komandada özünəinam var. Nəticə qazanmaq üçün daha yaxşı çıxış etməli olacağıq”.

“Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci, “Mançester Yunayted” isə 4-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button