Neymar milli karyerasını bitirir?
PSJ-nin hücumçusu Neymar Braziliya millisindəki karyerasını bitirə bilər.
Komanda.az “Fox Sports”-a istinadən xəbər verir ki, 30 yaşlı “sambaçı” bunu DÇ-2022-nin 1/4 final mərhələsində Xorvatiya millisinə məğlub olduqları matçdan sonra bildirib.
O, hazırda düşünmək üçün zamana ehtiyacı olduğunu deyib:
“Bundan sonra nə olacağını bilmirəm. Heç nəyə zəmanət verə bilmərəm. Düşünmək üçün mənə bir az vaxt lazımdır. Braziliya millisi üçün qapını bağlamıram. Amma qayıtmaq istədiyimi əminliklə deyə bilmirəm”.
Braziliya DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında uduzaraq (penaltilər – 2:4), turnirlə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin