Regekampf narazıdır

“Növbəti oyuna hazırlığın yaxşı getdiyini deyə bilmərəm”.

Komanda.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Səbail”ə qarşı keçirəcəkləri Premyer Liqanın 15-ci tur matçı ilə bağlı klubun rəsmi televiziyasına açıqlamasında deyib.

47 yaşlı rumıniyalı mütəxəssis bəzi aparıcı futbolçuların zədəli olduğunu, digərlərinin isə milli komandalarda çıxış etdiyini bildirib:

“Eddi İsrafilov və Azər Salahlının durumu hələlik istənilən səviyyədə deyil. Əlimizdə olan oyunçulardan maksimum yararlanmaq istəyirik. Zədəlilərin tezliklə komandaya qoşulacaqlarına inanırıq”.

O, sıraya dönən Eddi İsrafilovun hazırda özünü daha yaxşı hiss etdiyini söyləyib:

“Az da olsa, ağrıları var. Əlimizdən gələni edirik ki, məşqlərdə sonadək iştirak etsin”.

Regekampf gənc oyunçular haqqında da fikirlərini bölüşüb:

“Yaxşı gənc futbolçulara malikik. Onların zədələrdən uzaq olacağına inanırıq. Həmin oyunçular davamlı şəkildə əsas komanda ilə məşqlərdə iştirak edirlər. Hər şey onların məşqlərindən, performansından asılıdır. Ehtiyacımız olacağı təqdirdə, həmin gənclərə də şans verəcəyik”.

Noyabrın 27-də keçiriləcək “Neftçi” – “Səbail” matçı saat 16:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button