Baş məşqçidən Jirunu müdafiə edən açıqlama
Fransa millisinin baş məşqçisi Didye Deşam “Milan”ın futbolçusu Olivye Jirunun çıxışını yüksək qiymətləndirir.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, Deşam, Jirunun tez-tez qırmızı vərəqə almasına da toxunub:
“Jiru tez-tez qırmızı vərəqə alır. O, təcrübə qazanacaq və bu problemi də həll etməyə çalışacaq. Mən hələ də ona güvənirəm”.
Fransalı mütəxəssis 36 yaşlı hücumçunu DÇ-2022-nin iştirak ərizəsinə daxil edib.
Son dünya çempionu olan Fransa millisi mundialın D qrupunda Avstraliya, Danimarka və Tunislə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin