“Qəbələ”nin və “Şamaxı”nın baş məşqçisi Pro kateqoriyası aldı
AFFA-nın Təhsil və Reabilitasiya mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və lisenziyalar təqdim olunub.
Komanda.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, diplom və lisenziyaları AFFA-nın baş katibi Sərxan Hacıyev, Texniki direktor Cahangir Həsənzadə və kursların təlimatçısı Aslan Kərimov təqdim edib.
Bunların arasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev və “Şamaxı”nın çalışdırıcısı Vüqar Əsgərli də var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin