“Bu mövzuda müzakirəyə girmək istəmirəm” – Regekampf

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyanın “Styaua” komandasının “sükanı arxasına” keçəcəyi ilə bağlı iddialara münasibət bildirib.

Komanda.az xəbər verir ki, 47 yaşlı mütəxəssis “playsport.ro” saytına açıqlamasında bu mövzuda heç nəyi şərh etmək istəmədiyini deyib:

“Deyəcəyim hər şey şərhə yol açacaq. “Styaua” ürəyimdə əbədi olan komandadır. Klub prezidenti Cici Beqaliyə hörmət edirəm, orada nə etmək lazım olduğunu bilən insanlar var. Bu mövzuda müzakirəyə girmək istəmirəm”.

Cici Beqali Nikolae Dikanın istefaya göndərilməsindən sonra yeni baş məşqçi axtarışında olduqlarını söyləyib. O, Regekampfın qayıdışının maliyyə cəhətdən çətin olduğunu vurğulayıb:

“Hazırda onun öz komandası var və orada işləyir. Baş məşqçini işindən necə çıxarmaq olar? Bundan əlavə, Regekampfın yaxşı maaşı da var”.

Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. O, 2012-2014 və 2015-2017-ci illərdə “Styaua”ya rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button