“Beşiktaş” prezidentini seçdi
Türkiyənin “Beşiktaş” klubunda prezident seçkisi keçirilib.
Komanda.az xəbər verir ki, seçkiyə Hürser Tekinoktay və indiki prezident Fikrət Orman qatılıb.
Səsvermə nəticəsində 4899 mümkün səsdən 2882-sini alan Fikrət Orman 5-ci dəfə İstanbul təmsilçisinə rəhbərlik etmək hüququ qazanıb.
Hürser Tekinoktay isə 1617 səs toplayıb.
Orman daha öncə 2012, 2013, 2016 və 2018-ci illərdə baş tutan seçkilərdə qalib olmuşdu.
Seçki başa çatdıqdan sonra Fikrət Orman sonuncu dəfə “Beşiktaş”a prezidentlik edəcəyini və növbəti seçkilərə qatılmayacağını bəyan edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin