“Qarabağ”la oyundan sonra azarkeşləri söyüb
“Olimpiakos”un futbolçusu Pape Abu Sisse Yunanıstanda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının oyunundan sonra yerli azarkeşləri söyüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fanatlar 27 yaşlı müdafiəçini 83-cü dəqiqədə əvəzləndiyi vaxt fitə basıb. Seneqallı oyunçu matç bitəndən sonra paltardəyişmə otağına gedən zaman tribunada eşitdiklərinə reaksiya verib və bəzi tərəfdarları yunanca söyüb.
Pirey təmsilçisinin baş məşqçisi Miçel Qonsales Sissenin davranışına belə münasibət bildirib:
“Futbolçu meydanda səhv edəndə bunu qəbul edə bilərsən, amma meydandan kənarda yox. Bu, lazımsız və qəbuledilməzdir”.
“Olimpiakos”un müdafiəçisinin hərəkəti ilə bağlı müzakirələr aparılacağı və onun cəzalandırılacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin