Bolqarıstanlı futbolçu Super Liqa klubunda

Türkiyənin “Ümraniyəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Bolqarıstan yığmasının sağ cinah müdafiəçisi Strahil Popovu transfer edib.

Türkiyənin “Eyüpspor” klubundan transfer olunan 32 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Strahil Popov 2016-cı ildən Türkiyədə forma geyinir. O, 2019-cu ilə qədər “Kasımpaşa”da forma geyinib. 2020/21 mövsümünü “Hatayspor”da keçirmiş futbolçu, bu ilin yanvarında “Eyüpspor”a keçmişdi. Müdafiəçi daha öncə “Liteks” (Loveç), “Lokomotiv” (Mezdra) və “Montana” klublarının da formasını geyinib. Təcrübəli futbolçu Bolqarıstan yığmasında 35 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button