Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Ankaragücü” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Ömer Erdoğan çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.

Ömer Erdoğan Ankara təmsilçisində istefa vermiş Mustafa Dalcını əvəz edib. O, daha öncə “Fatih Karagümrük” və “Hatayspor”da baş məşqçi olub.

“Ankaragücü” 4 turdan sonra cəmi 1 xal toplayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button