“Barselona”dan Pikeyə rədd cavabı
“Barselona”nın müdafiəçisi Jerar Pike kluba yeni oyunçuların cəlb edilməsi üçün pulsuz oynamağa hazırdır.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı ispaniyalı futbolçu “Barselona”da beşinci mərkəz müdafiəçisi olduğunu başa düşür, lakin təslim olmaq istəmir. O, bu mövsüm kataloniyalılar üçün vacib oyunçu olacağına əmindir.
Pike klub prezidenti Xuan Laporta ilə şam yeməyində komandada pulsuz oynamağı təklif etsə də, ona rədd cavabı verilib.
Pike ötən mövsüm “Barsa”nın heyətində 39 oyunda 3 qol vurub. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin