Linqard niyə “Nottingem Forest”i seçib?
“Mançester Yunayted”in keçmiş hücumçusu Cessi Linqard niyə “Nottingem Forest”ə keçmək qərarına gəldiyini açıqlayıb.
Komanda.az “Tribal Football”-a istinadən xəbər verir ki, o, öz ölkəsində qalmaq istədiyini deyib:
“Karyeramı İngiltərədən kənarda davam etdirmək variantım var idi, amma öz ölkəmdə qalmaq istəyirdim. “Nottingem Forest” təmsilçilərinin mənimlə danışığı xoşuma gəldi, ona görə də, bu klubu seçdim. Ümid edirəm ki, qarşıdakı mövsümdə də uğurlu çıxış edə biləcəyik”.
Linqard ötən ay azad agent kimi “Nottingem Forest”ə keçib. 29 yaşlı ingilis futbolçu yeni klubu ilə 2023-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin