“Bakıya qələbə üçün gedəcəyik” – “Aris”in futbolçusu

“Larnakaya yalnız qələbə üçün gəlmişdik, rəqibi yaxşı təhlil etmişdik”.

Komanda.az xəbər verir ki, bu sözləri “Aris”in yarımmüdafiəçisi Matiya Şpolyariç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə keçirilən ilk oyun haqda deyib. “AEK Arena”dakı matçda birinci qolda yaxından iştirak edən və ikinci qolun yaradıcısı olan Kipr millisinin futbolçusu qələbənin sirrini açıqlayıb:

“Rəqibi yaxşı təhlil etmişdik, oyunda da yüksək təzyiq göstərdik. “Neftçi”nin yaxşı komanda olduğunu bilirdik. Ancaq xeyli fürsətlərimiz oldu, daha çox qol vura bilərdik. Tam hazır idik, çox çalışdıq və böyük uğur qazandıq. Bakıya qələbə üçün gedəcəyik”.

“Neftçi” ilə “Aris” arasında cavab qarşılaşması iyulun 28-də, saat 21:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button