Komandasından ayrılmaq istəmir – 3 klubun hədəfindəki futbolçu
“Leyptsiq”in fransalı yarımmüdafiəçisi Kristofer Nkunku Almaniya klubunda qalmaq niyyətindən danışıb.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, futbolçu, klubla müqaviləni uzatmağın onun üçün təbii məsələ olduğunu deyib:
“Klubla müqaviləni uzatmaq mənim üçün təbii bir məsələ idi. Bu şəhərdə və bu klubda özümü evdəki kimi hiss edirəm. Mən hələ də buradakı işimi bitmiş hesab etmirəm. Buna görə də, gələn il klubdan ayrılmağı düşünmürəm”.
Nkunku “Leyptsiq”ə 2019-cu ilin iyul ayında PSJ-dən keçib. Ötən mövsüm o, Bundesliqada 33 matçda 20 qol vurub. Daha əvvəl mətbuat Nkunku ilə “Mançester Yunayted”, “Arsenal” və “Çelsi”nin maraqlandığını yazmışdı.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin