İddiaçılar Turniri: Rəcəbov növbəti görüşünü keçirəcək

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

Komanda.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 11-ci turda ağ fiqurlarla polşalı Yan-Kşiştof Duda ilə qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.

Şahmatçılar arasında 4-cü turda baş tutmuş ilk görüşdə heç-heçə qeydə alınıb.

10 turdan sonra 5,5 xala malik Rəcəbov 5-ci yerdə gedir. O, hərəyə 4 xal toplamış Duda, Rapport və Firuzcanı üstələyir. Turnir cədvəlinə 7 xalı olan Nepomnyaşi başçılıq edir. Nakamura, Karuana və Liren hərəyə 5,5 xalla 2 – 4-cü yerlərdə qərarlaşıblar.

Bu həmçinin Nakamura – Rapport, Firuzca Nepomnyaşi və Karuana – Liren görüşləri keçiriləcək.

İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button