Çimərlik güləşində növbəti sınaq

Sabah İspaniyada çimərlik güləşi üzrə Dünya Seriyasının 2-ci mərhələsinə start veriləcək.

Komanda.az xəbər verir ki, Pontevedra şəhərinin Sanxenxo qəsəbəsində keçiriləcək turnir 2 gün davam edəcək.

Yarışda ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Məmmədov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edəcək. Görüşlər Bakı vaxtı ilə 12:00-da başlayacaq.

Xatırladaq ki, ötən ay Türkiyədə keçirilən 1-ci mərhələdə İbrahim qızıl, Ramiz və Omid isə bürünc medal qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button