“Barselona” ikiqat qazanacaq – Qavini satsa
“Barselona”nın futbolçusu Qavini heyətinə qatmaq istəyənlər onun üçün 50 yox, 100 milyon avro ödəməli olacaqlar.
17 yaşlı ispaniyalı yarımmüdafiəçinin təzminat məbləği 2022/2023 mövsümünə qədər ikiqat artacaq. Komanda.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Məlumatda bildirilir ki, belə bir bənd tərəflərin 2020-ci ildə imzaladıqları müqavilədə yer alıb.
Hazırda “Barselona” Qavi ilə yeni müqavilə imzalamağa çalışır (indiki müqavilə 2023-cü ildə başa çatır). Futbolçunun sərbəstqalma məbləğinin 1 milyard avro təşkil edəcəyi bildirilir. Avropanın bir sıra top-klubları gənc futbolçu ilə maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin