“Real” fransalının transferini tamamlayıb – imza atılacaq

“Real” yarımmüdafiəçi Orelyen Tuçameninin transferi üçün “Monako” ilə razılığa gəlib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu iyunun 13-də, Millətlər Liqasının Fransa – Xorvatiya oyunundan sonra Madrid klubuna keçmək üçün tibbi müayinənin son mərhələsindən keçəcək.

Artıq transferin bütün detalları razılaşdırılıb, yarımmüdafiəçiyə yalnız müqavilə imzalamaq qalıb.

İyunun 8-də fransalı futbolçunun transferinin “Real”a 116 milyon avroya başa gələ biləcəyi xəbəri yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button