İllik 4 milyon avro maaş istədi – rədd etdilər
“Napoli” hücumçu Dris Mertensin illik 4 milyon avro maaş tələbini rədd edib.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 35 yaşlı belçikalının nümayəndələri onun xidmətini bir neçə kluba, o cümlədən “Roma”ya təklif ediblər.
Mertens “Roma”ya keçmək üçün maaş tələbini 3,5 milyon avroya endirməlidir. Eyni zamanda, “Roma” rəhbərliyi Mertensin yaşını və hazırlığını nəzərə alaraq, onun transfer variantını nəzərdən keçirəcək.
Mertens ötən mövsüm “Napoli”nin heyətində 37 oyunda 13 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin