“Liverpul” onu bu yay transfer edə bilməyəcək
“Barselona”nın yarımmüdafiəçisi Qavi bu yay “Liverpul”a keçməyəcək.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, İngiltərə klubu 17 yaşlı futbolçunun “Barsa”da qalmaq istədiyini bildiyi üçün onu transfer etmək cəhdindən əl çəkib.
Daha əvvəl Kataloniya klubunun yarımmüdafiəçiyə yeni müqavilə təklif etdiyi bildirilmişdi. Müqavilə 2027-ci ilə qədər qüvvədə olacaq.
Qavi 2021-ci ildən “Barselona”nın əsas komandasında çıxış edir. Yarımmüdafiəçi bu mövsüm 33 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin