50 milyon ödəməyə hazırdırlar – 17 yaşlı “uşaq” üçün
“Liverpul” “Barselona”nın yarımmüdafiəçisi Qavi ilə maraqlanır.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, İngiltərə klubu 17 yaşlı ispaniyalı üçün 50 milyon avro ödəməyə hazırdır.
“Liverpul” yarımmüdafiəçiyə Kataloniya klubundan daha yüksək maaş təklif etməyi planlaşdırır. Qavi özü isə “Barselona”da qalmaq istəyir.
Qavi 2021/22 mövsümündə bütün turnirlərdə 46 matçda 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin