“Qurban Qurbanov saf niyyətlə “Qarabağ”ı çempion etdi” – Gözəl

“Bu gün bizim üçün qürurverici gündür. İki cəhətdən çox xoşbəxtik. Əvvəla ona görə ki, hər zaman azad Qarabağı təmsil etməyimizi istəyirdik. Cənab Prezident 44 gün ərzində bizi qələbəyə istiqamətləndirdi. Artıq azad Qarabağı təmsil edirik”.

Komanda.az xəbər verir ki, bu, sözləri “Qarabağ”ın sahibi və fəxri prezidenti Abdolbari Gözəl “köhlən atlar”ın Azərbaycan Premyer Liqasında qazandığı 9-cu çempionluğu münasibətilə təşkil olunan mərasimdə deyib.

Gözəl bildirib ki, baş məşqçi Qurban Qurbanov komandanı saf niyyətlə çempion edib:

“Bir müəssisədə düzgünlük yoxdursa, uğur da olmaz. Qurban Qurbanov da saf niyyətlə “Qarabağ”ı çempion etdi. Çox xoşbəxtəm, futbolçulara salam deyirəm. Bizə çox gözəl günləri yaşadan bütün əməkdaşlarımıza təşəkkürümü bildirirəm”.

Daha sonra “Qarabağ”ın prezidenti Tahir Gözəl klubun sahibinə 19 nömrəli forma hədiyyə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button