Ələskərovun komandasından vacib qələbə

Futbol üzrə Türkiyə 1-ci liqasında 36-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Ümraniyəspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.

Namik də bu görüşün iştirakçısı olub. O, 75-ci dəqiqədə meydana buraxılıb.

Bu gün digər azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası “Keçiörengücü” də doğma meydanda “Manisa” ilə qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib. Vüsal bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

“Bursaspor” 36 turdan sonra 41 xalla 19 kollektiv arasında 16-cı pillədə qərarlaşıb. “Keçiörengücü” isə 47 xalla 9-cudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button