“Mançester Yunayted”in “iştaha”sı
“Mançester Yunayted” mövsümün sonunda komandadan ayrılacaq Pol Poqbanın yerinə gələcək futbolçu ilə bağlı qərar verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Barselona”nın yarımmüdafiəçisi Qavi ilə müqavilə bağlamaq istəyirlər. Lakin onlar hələ 17 yaşlı futbolçu üçün rəsmi təklif göndərməyiblər.
Qavi “Betis”in yetirməsidir, amma 10 yaşından “Barselona”nın düşərgəsindədir.
O, bu mövsüm “Barsa”nın heyətində bütün yarışlarda 42 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
Qavinin “Barselona” ilə müqaviləsi 2023-cü ildə başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin