Şikayət: Vaqif Cavadov borclu olduğu 142 min manatı qaytarmır
Azərbaycanlı keçmiş futbolçunun külli miqdarda borcu üzə çıxıb. Azərbaycan milli komandasının, “Qarabağ” klubunun sabiq futbolçusu Vaqif Cavadovun 4 ildir 142,500 manat borclu olduğu xanım bu barədə açıqlama verib.
Komanda.az xəbər verir ki, Bakı şəhər Səbail rayon sakini Bağırova Dilarə Həmid qızı bildirib ki, 4 ildir Vaqif Cavadova borc verdiyi pulu geri ala bilmir.
Şikayətçi iddia edir ki, 4 ildə pulu geri almaq üçün bütün vastələrdən istifadə edib, hətta əmisi İsgəndər Cavadov baş verənlərə müdaxilə edərək, Vaqifə zaman qazandırıb ki, borcunu geri qaytarsın. Dilarə Bağırova deyir ki, Vaqif Cavadov onun müraciəti əsasında hüquq-mühafizə orqanlarına dəvət olunub və borcunu ödəyəcəyini söyləyib. (media tv)
Vaqif Cavadov Azərbaycanda “Qarabağ”, “Keşlə”, “Sumqayıt”, Niderlandda “Tvente” kimi klublarda oynayıb. Cavadov hazırda Qazaxıstanın “Turan” klubunda köməkçi məşqçi vəzifəsində çalışır. O, Azərbaycanın tanınmış sabiq futbolçusu İsgəndər Cavadovun qardaşı oğludur.
Bizi Facebook-da izləyin