Nazarov 2-ci Bundesliqa klubundan ayrıla bilər

Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Ersgebirge”də çıxış edən Azərbaycan millisinin üzvü Dmitri Nazarov Aue təmsilçisindəki gələcəyi haqda danışıb.

Komanda.az “TAG24”-ə istinadən xəbər verir ki, Nazarov klubda qalıb-qalmayacağı ilə bağlı rəhbərliklə danışacağını deyib:

“Hələ heç kimlə heç nə ilə əlaqədar danışmamışam. Mən çox nikbin insanam və həmişə ayağa qalxacağımıza inanmışam. Ailəmlə danışacam. Görək, nə etmək mümkündür. Klub rəhbərliyi ilə də söhbətim olacaq”.

“Ersgebirge” hazırda 19 xalla 18 komanda arasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komanda 2-ci Bundesliqanı tərk etsə, Nazarov klubdan ayrıla bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button