Türkiyə millisində yeni kapitan
Türkiyə millisinin yeni kapitanı seçilib.
Komanda.az “NTVSpor”-a istinadən xəbər verir ki, Türkiyə millisində yeni kapitan Hakan Çalhanoğlu olacaq.
“İnter”in 27 yaşlı oyunçusu İtaliya millisi ilə yoxlama oyunu öncəsi keçirilən mətbuat konfransında kapitan seçilməsi ilə bağlı danışıb:
“Kapitan olmağın məsuliyyətini anlayıram və bu adı qürurla daşıyacam. Hər kəs öz üzərinə məsuliyyəti götürməlidir, ancaq hər kəsdən öncə bunu mən etməliyəm. 2015-ci ildən millinin formasını geyinirəm. Vaxt tez keçir. Əmrə Belözoğlu və Arda Turanla oynadım. Bu ay da Burak Yılmaz millidən ayrıldı”.
Millinin sabiq kapitanı Burak Yılmaz DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Portuqaliya ilə matçdan (1:3) sonra millidəki karyerasını başa vurub.
Bizi Facebook-da izləyin