Türk futbolçu Çempionlar Liqasının tarixinə düşdü

Fransanın “Lill” klubunun türkiyəli hücumçusu Burak Yılmaz Çempionlar Liqasının tarixinə düşüb.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, Türkiyə millisinin futbolçusu Çempionlar Liqasının 1/8 finalının “Çelsi”ylə matçında qol vurmaqla buna nail olub. Burak Yılmaz ÇL-in pley-off mərhələsində qol vuran ən yaşlı üçüncü futbolçu (36 yaş 244 gün) olub. 

Bu göstəricidə ilk pillədə Rayan Giqqz (37 yaş 148 gün), 2-ci yerdə Paolo Maldinidir (36 yaş 333 gün).

Burak oyunda penaltidən hesabı açsa da, “Lill” iki qol buraxaraq, turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button