Azərbaycanın 2 güləşçisi ermənilərə rəqib oldu
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinala çıxıb.
Komanda.az xəbər verir ki, 60 kq-da mübarizə aparan Məmmədli 1/4 finalda macarıstanlı Kriştian Keçkemetini məğlub edib. Onun finaldakı rəqibi ermənistanlı Tiqran Minasyan olacaq.
Bu gün mübarizəyə qoşulan yunan-Roma güləşçisi Adəm Hacızadə (72 kq) isə yarışla erkən vidalaşıb. O, debütdə Macarıstanın digər təmsilçisi Atilla Toeşmagiyə uduzub.
Bundan başqa, 87 kq-da yer alan Laçın Vəliyev təsəlliverici görüşdə türkiyəli Muhutdin Sarıçiçəyə qalib gələrək, bürünc medal görüşünə vəsiqə qazanıb. O, “bürünc” uğrunda ermənistanlı Gevorq Tadevosyanı sınağa çəkəcək.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də, final qarşılaşmaları isə saat 20:00-da başlayacaq.
Bu gün Azərbaycanın daha iki yunan-Roma güləşçisi medal görüşünə çıxacaq. Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) müvafiq olaraq gürcüstanlı Giorgi Şotadze və Davit Soloqaşvili ilə çempionluq uğrunda mübarizə aparacaq.
Bizi Facebook-da izləyin