Azarkeşlər arasında dava düşdü, 17 nəfər öldü
Futbol üzrə Meksika çempionatının 9-cu turunun “Keretaro” – “Atlas” oyunu zamanı kütləvi dava yaşanıb.
Komanda.az xəbər verir ki, hadisə matçın ikinci hissəsində, “Atlas”ın 1:0 hesabı ilə öndə olduğu vaxt olub. Dava nəticəsində 22 nəfər xəsarət alıb, onlardan 9-u xəstəxanaya çatdırılıb. Daha sonra xəsarət alanlardan 17 nəfər vəfat edib.
İlkin məlumatlara görə, hadisə ilə bağlı azı 10 nəfər saxlanılıb. Çempionat rəhbərliyi 9-cu turun qalan oyunlarının təxirə salınmasına qərar verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin