“FİFA və UEFA-nın qərarlarını diqqətlə təhlil etmək lazımdır” – rusiyalı nazir

Rusiyanın idman naziri Oleq Matıtsin FİFA və UEFA-nın bu ölkənin futbol komandalarının beynəlxalq turnirlərdə, o cümlədən dünya çempionatında iştirakına icazə verməmək haqda qərarına münasibət bildirib.

Komanda.az “Sport-Ekspress”ə istinadən xəbər verir ki, nazir açıqlamasında bunları deyib:

“FİFA və UEFA-nın qərarlarını diqqətlə təhlil etmək lazımdır. Bütün bu qərarların əsaslarını, hüquqi yönlərini qiymətləndirmək vacibdir. Bundan sonra biz idmançılarımızın, futbolçularımızın hüquqlarını bərpa etmək üçün əlimizdən gələni edəcəyik”.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button