Maaşının artırılmasını tələb edir
“Bayern”in hücumçusu Serj Qnabri klubdan maaşının artırılmasını tələb edir.
Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, fevralın 2-də Münhen klubunun idman direktoru Həsən Salihamiciç Qnabrinin nümayəndələri ilə görüş keçirib. Amma tərəflər razılığa gələ bilməyiblər. Daha sonra danışıqlar yenə davam etdiriləcək.
Qnabri komanda yoldaşları – Leroy Sane və Kinqsli Koman kimi ildə 15-20 milyon avro qazanmaq istəyir.
Futbolçu ilə İngiltərənin “Çelsi” və “Tottenhem” klubları maraqlanır. Onun “Bayern”lə müqaviləsi 2023-cü ilin yayında bitəcək.
Qnabri bu mövsüm Bundesliqada 23 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin