Sonuncu 1/4 finalçı “Roma” oldu

Futbol üzrə İtaliya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Latsio” və “Udineze” komandaları qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Paytaxt təmsilçisi əlavə vaxtda vurduğu yeganə qol sayəsində qələbəyə sevinən tərəf olub.

“Yuventus” isə “Sampdoriya” ilə münasibətlərinə aydınlıq gətirib. Turinlilər doğma meydanda darmadağına seviniblər. “İnter” “Empoli” səddini çətinliklə keçibsə, “Sassuolo” da “Kalyari”ni minimal hesabla üstələyib.

Daha öncə “Atalanta”, “Fiorentina” və “Milan” 1/4 finala vəsiqəni təmin etmişdi.

Sonuncu oyun günündə “Roma” “Leççe” üzərində inamlı qələbə qazanmaqla 1/4 finala çıxıb.

İtaliya kuboku, 1/8 final

12 yanvar

Atalanta – Venetsiya 2:0
Qol
: Muriel, 12. Mehle, 88.

13 yanvar

Napoli – Fiorentina 2:5
Qol
: Mertens, 44. Petanya, 90+5 – Vlahoviç, 41. Biraqi, 57. Venuti, 105+1. Pyontek, 108. Male, 119.

Milan – Cenoa 3:1
Qol
: Jiru, 74. Leao, 102. Salemakers, 112 – Estiqor, 17.

18 yanvar

Latsio – Udineze 1:0
Qol
: İmmobile, 106.

Yuventus – Sampdoriya 4:1
Qol
: Kuadrado, 25. Ruqani, 52. Dibala, 67. Morata, 77 – Konti, 63.

19 yanvar

Sassuolo – Kalyari 1:0
Qol
: Harrui, 18.

İnter – Empoli 3:2
Qol
: A.Sançes, 13. Ranokkya, 90+1. Sensi, 104 – Bayrami, 61. Radu, 76.

20 yanvar

Roma – Leççe 3:1
Qol
: Kumbulla, 40. Abraham, 54. Şomurodov, 81 – Kalabrezi, 14.

1/4 finalda bu komandalar üz-üzə gələcəklər:

Yuventus – Sassuolo
Atalanta – Fiorentina
Milan – Lazio
İnter – Roma

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button