Məşqə sərxoş gəldi, milli karyerasını bitirdi
Fransanın “Nitsa” klubunun futbolçusu Mario Lemina Qabon millisindəki karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə “RMC Sport” telekanalı məlumat yayıb.
Lemina Qabon yığmasının Afrika Millətlər kubokunda Qanaya qarşı keçirdiyi oyunda koronavirusa yoluxduğu üçün iştirak etməyib. O, sağaldıqdan sonra isə millinin düşərgəsinə sərxoş halda gəlib və bu səbəbdən heyətdən kənarlaşdırılıb.
Lemina bundan sonra millidəki karyerasını bitirdiyini açıqlayıb.
28 yaşlı futbolçu yığmada 23 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin