
Ronaldo 42 yaşına qədər oynamaq istəyir
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo 42 yaşına qədər futbol oynamaq istəyir.
Komanda.az xəbər verir ki, 36 yaşlı futbolçu, bu barədə Braziliya mətbuatına açıqlamasında deyib. O, özünü 30 yaşında hiss etdiyini və hələ oynamaq istədiyini söyləyib:
“Özümü 30 yaşındakı kimi hiss edirəm. Özümə baxıram və yaxşı vəziyyətdəyəm. 33 yaşından sonra başa düşdüm ki, nəyə ehtiyacınız yaranırsa, bədəniniz ona uyğunlaşır. Əsas problem beyində olur. Son vaxtlarda zehni olaraq daha çox çalışıram. 40, 41, 42 yaşıma qədər oynamaq və nələr olacağını görmək istəyirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



