“Napoli”nin futbolçusu koronavirusa yoluxdu
İtaliyanın “Napoli” klubunun futbolçusu Petr Zelinski koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Zelinskinin koronavirus testi müsbət çıxıb və o, evdə təcrid olunub.
“Napoli” A Seriyasının 21-ci turu çərçivəsində bu gün “Sampdoriya”nı qəbul edəcək. Matç saat 19:30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin