Obameyanq üçün İtaliya iddiası

“Arsenal”dan ayrılacağı gözlənilən Pyer-Emerik Obameyanq karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, qabonlu hücumçu ilə İtaliyanın “Yuventus” klubu yaxından maraqlanır. Bu barədə “Tuttosport” nəşri məlumat yayıb.

“Yuventus” qış transfer pəncərəsi dövründə Obameyanqı heyətinə qatmaq istəyir.

Obameyanq “Arsenal”da intizam qaydalarını pozduğu üçün əsas komandadan kənarlaşdırılıb. 33 yaşlı forvardın adı daha əvvəl “Barselona” ilə hallanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button