Tomas Müller Çempionlar Liqasının tarixinə düşdü
Almaniyanın “Bayern” komandası Çempionlar Liqasının qrup mərhələsində “Barselona”nı məğlub edib – 3:0.
Komanda.az “Opta”ya istinadən xəbər verir ki, sözügedən oyunda qol vuran “Bayern”in hücumçusu Tomas Müller turnirin tarixinə düşüb.
“Barselona” ilə matçda fərqlənən Müller Çempionlar Liqasında 50-ci qolunu vurub. O, turnir tarixində bu qədər qol vurmağı bacaran ilk alman futbolçu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin