Badminton Federasiyasında yeni prezident

Azərbaycan Badminton Federasiyasının Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra Azərbaycan Badminton Federasiyasının İdarə Heyətinə yeni seçki keçirilib. “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru Taleh Ziyadov federasiyanın yeni prezidenti seçilib.

Aynur Səmədova və Emin Maqsudov İdarə Heyətinin sədr müavinləri, Rəşad Kərimov və Mirzə Orucov isə İdarə Heyətinin üzvləri seçiliblər.

İclasda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Badminton Federasiyasının sabiq prezidenti Mikayıl Cabbarov çıxış edərək federasiyanın yeni rəhbərliyini təbrik edərək, uğurlar arzulayıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button