“Biz ucaboy xalq deyilik” – Cavid Qurbanov
Yenidən Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilən Cavid Qurbanov açıqlama verib.
Komanda.az xəbər verir ki, Qurbanov, Azərbaycan çempionatında komanda sayını artırmaq istədiklərini deyib:
“Federasiyamızın idarə heyəti yenidən seçilib. Əsas məqsədimiz voleybolun inkişafı ilə məşğul olmaqdır.
Komandalarımızın sayını artırmaq niyyətindəyik. Xaricdə bir çox klublar məktəbləri təmsil edir. Onlarla danışıq aparıb, bu məsələni inkişaf etdirmək istəyirik. Azərbaycan təkcə cüdo və güləşdən ibarət deyil. Komanda idman növlərini də inkişaf etdirmək lazımdır.
Biz ucaboy xalq deyilik. Çalışmalıyıq ki, gənclərimiz daha inkişaf etsin. Ölkəmizdə yetəri qədər olimpiya kompleksləri var. Sadəcə, istək və həvəs lazımdır. Gəncləri bu idman növünə yönləndirmək lazımdır”.
Bizi Facebook-da izləyin