“Sabah” 1-ci, “Qarabağ” sonuncu oldu

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) il ərzində ən çox futbolçudan istifadə edən klubların siyahısını hazırlayıb.

Komanda.az xəbər verir ki, siyahıda Azərbaycan Premyer Liqasında iştirak edən klubların göstəricilərinə də yer verilib.

Azərbaycanda il ərzində ən çox futbolçudan istifadə edən komanda “Sabah”dır. Premyer Liqa təmsilçisi son 1 ildə keçirdiyi 40 oyunda 29 futbolçudan istifadə edib.

Siyahının ikinci pilləsində “Səbail” yer alıb. “Dənizçilər” 30 oyunda 37 futbolçuya güvənib. İlk 3-lüyü son çempion “Neftçi” tamamlayır. “Ağ-qaralar” 29 oyunda 35 futbolçudan istifadə edib.

Hazırda turnir cəvdəlinin lideri olan “Qarabağ” bu siyahıda sonuncu pillədədir. Ağdam təmsilçisində 29 oyunda 27 futbolçuya güvənilib.

“Keşlə” 34 futbolçuyla 4-cü, “Sumqayıt” 33-lə 5-ci, “Qəbələ” və “Zirə” isə 32 ilə 6 və 7-ci sıraları bölüşür. Bu komandalar 29 oyun keçirib.

Göstəricilər 2020-ci ilin noyabrından 2021-ci ilin noyabrını əhatə edən dövr üçün hesablanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button