“Qalatasaray” “Arsenal”ın futbolçusu ilə anlaşıb
Türkiyənin “Qalatasaray” klubu “Arsenal”ın futbolçusu Məhəmməd Elnenini heyətinə qatmaq üçün növbəti dəfə İngiltərə təmsilçisi ilə danışıqlara başlayıb.
Komanda.az xəbər verir ki, artıq “Qalatasaray”la Elneni arasında anlaşma əldə olunub. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Elneni “Arsenal”la bu mövsüm Premyer Liqada cəmi 44 dəqiqə şans qazanıb. “Topçular” onu qış transfer pəncərəsi dövründə göndərərək, maaş yükündən qurtulmaq istəyir.
Elneni 2019-2020-ci il mövsümündə Türkiyədə “Beşiktaş”da icarə əsasında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin