“Hələ heç nə itirməmişik” – “Barselona”nın futbolçusu

“Barselona”nın futbolçusu Frenki de Yonq açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçi, komandanın hazırkı vəziyyətinin çox şişirdildiyini deyib:

“Yaxşı heyətimiz var. Hazırkı durumumuz çox şişirdilir. İnanılmaz bir təzyiq var. Çempionlar Liqasında mübarizəmizi davam etdiririk, hələ heç nə itirməmişik. Kiyev “Dinamo”sunu məğlub etmək məcburiyyətindəyik. Qələbədən sonra özümüzə inamımız artacaq”.

“Barselona” La Liqada 9-cu sıradadır. Kataloniya təmsilçisi Çempionlar Liqasında E qrupunda 0 xalla sonuncudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button