“Ersgebirge”dən Nazarovsuz heç-heçə
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.
Aue təmsilçisi doğma meydanda “Hamburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Nazarov bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
9 oyuna cəmi 4 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin